Yeni şirkətlərin cəmi 9%-i xarici investisiyalıdır - VERGİ XİDMƏTİ MƏLUMAT YAYDI
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi artıb.2021-ci ilin oktyabrın 1-nə respublika üzrə uçotda olan 1.301.903 vergi ödəyicisinin 1.143.366-sı və ya 87,8 %-i fiziki şəxs, 158.537-si və ya 12,2 %-i hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,5 % artıb ki, bu artımın 91 %-i fiziki şəxslərin, 9 %-i hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8 %). Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,5 %-i səhmdar cəmiyyət, 1,3 %-i kooperativ və s. təşkilati-hüquqi formasındadır.
Yanvar-sentyabr aylarında 8.628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7 % çoxdur. Həmin qurumların 82,9 %-i elektron qaydada, 17,1 %-i isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,5 % təşkil edib.
Cari ilin sentyabr ayında 1.146 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 36,9 % çoxdur. Ay ərzində dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 960-ı elektron qaydada, 186-sı isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.
2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyatdan keçmiş kommersiya qurumundan 91 %-i yerli investisiyalı, 9 %-i xarici investisiyalı qurumlardır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 36,3 % artıb. 2021-ci ilin oktyabr ayının 1-nə 16.499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 11.076-nın fəaliyyəti aktiv olub, 4.544-nün fəaliyyəti dayandırılıb, 879-u isə ləğv edilib.
2021-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı hüquqi şəxslərin 35,7 %-i Türkiyə, 14,3 %-i İran, 11,6 %-i Gürcüstan, 5,4 %-i Pakistan, 4,5 %-i Çin, 3,6 %-i Şri-Lanka və 2,7 %-i Rusiya investisiyalı vergi ödəyiciləridir.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ilin yanvar-sentyabr aylarında 1.366 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,8 % çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 15,8 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7 % təşkil edib.
2021-ci ilin 1 oktyabr tarixinə 302 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























