Bank sektorunun biznes kreditləri portfeli 9 milyard manatı aşdı
Kreditlərdə artım sürətlənib.30 sentyabr 2021-ci il tarixində Azərbaycan bankları tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 15 milyard 538,7 milyon manata çatıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlər 2021-ci ilin sentyabr ayında 331,9 milyon manat, 9 ay ərzində isə (ötən ilin sonuna nisbətən) 1 milyard 381,7 milyon manat artıb.
Bankların müştərilərə verdiyi cəmi kreditlər iyulda 109,6 milyon manat, avqustda isə 240,3 milyon manat artmışdı.
Biznes kreditləri 9 ay ərzində 524 milyon manat, o cümlədən sentyabr ayında 192,3 milyon manat artaraq 9 milyard 2,3 milyon manata çatıb.
İstehlak kreditləri 9 ay ərzində 577,8 milyon manat, o cümlədən sentyabr ayında 106,1 milyon manat artaraq 4 milyard 239 milyon manata yüksəlib.
İpoteka kreditləri 9 ay ərzində 279,9 milyon manat, o cümlədən sentyabr ayında 33,5 milyon manat artaraq 2 milyard 297,4 milyon manata qalxıb.
Həmçinin oxu
Azərbaycanın bank sektorunun son vəziyyəti açıqlandıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















