Banklar əhalinin 5,2 milyard manatdan çox puluna faiz hesablayır
30 sentyabr 2021-ci il tarixində Azərbaycandakı banklarda fiziki şəxslərin (əhalinin) cəmi depozitləri (əmanətləri) 8 milyard 663,6 milyon manata çatıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin cəmi depozitləri cari ilin 9 ayı ərzində (ötən ilin sonu ilə müqayisədə) 618,9 milyon manat, sentyabr ayında isə 263,4 milyon manat artıb.
O cümlədən, müddətli depozitlər 9 ay ərzində 448,8 milyon manat, sentyabrda isə 70,5 milyon manat artaraq 5 milyard 238 milyon manata çatıb.
Tələbli depozitlər isə 9 ay ərzində 170,2 milyon manat, sentyabr ayında isə 193 milyon manat artaraq 3 milyard 425.6 milyon manata yüksəlib.
2021-ci ilin 9 ayı ərzində banklar depozitlər üzrə 264,8 milyon manatlıq faizlər ödəyiblər.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.
Həmçinin oxu
Azərbaycanın bank sektorunun son vəziyyəti açıqlandıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























