Azərbaycanda e-ticarətin həcmi tarixi maksimumu yeniləyib - QRAFİK
Bu ilin sentyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 710 milyon manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord avqustda qeydə alınıb – 505 milyon manat.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, bu göstərici avqust ayı ilə müqayisədə 40,6%, ötən ilin avqust ayı ilə müqayisədə isə 2,2 dəfə artıb.
E-ticarətdə aparılan ödənişlərin məbləği ölkədə bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib (64%-ini) və aylıq müqayisədə 7,9% faiz bəndi artıb.
Qeyd edək ki, cari ilin ilk doqquz ayında əhali bank kartları vasitəsilə elektron ticarətdə 3 milyard 988 milyon manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,5% çoxdur.

Telegramda Marja.az səhifəsinə abunə olun
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























