PAŞA Bank müştərilərə yeni növ ipoteka kreditləri təqdim edib
(®) Ölkənin aparıc korporativ bankı “PAŞA Bank” mövcud ipoteka kreditlərinin çeşidini artıraraq, müştərilərə yeni təqdim edilən bankdaxiliı məhsullardan faydalanmağı təklif edir.
Belə ki, sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) tərəfindən təqdim olunan ipoteka kreditləri ilə yanaşı, “PAŞA Bank”ın daxili ipoteka (çıxarışlı və çıxarışsız) kreditlərindən faydalana bilər:
- Güzəştli ipoteka krediti - ARİKZF vəsaiti hesabına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti;
- Güzəştli dövlət ipoteka krediti - ARİKZF vəsaiti hesabına verilən güzəştli ipoteka krediti;
- Dövlət ipoteka krediti - ARİKZF vəsaiti hesabına verilən ipoteka krediti;
- “PAŞA Bank”ın daxili ipoteka krediti (çıxarışlı) - yeni və köhnə tikili binalarda çıxarışlı mənzillər, fərdi yaşayış və bağ evlərinin alınması üçün Bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti;
- “PAŞA Bank”ın daxili ipoteka krediti (çıxarışsız) - yeni və köhnə tikili binalarda çıxarışsız mənzillər, çıxarışsız fərdi yaşayış və bağ evlərinin alınması üçün Bankın daxili vəsaiti hesabına təqdim edilən ipoteka krediti.
İpoteka kreditlərinin verilmə şərtləri, faiz dərəcələri, tələb olunan sənədlərin siyahısı ilə yeni yaradılan https://ipoteka.pashabank.az/ veb-saytında tanış olmaq olar.
Göstərilən veb-sayt vasitəsilə dövlət kreditləri üzrə kredit məhsulunu seçib müraciəti onlayn şəkildə göndərmək mümkündür. Bankdaxili ipoteka məhsulları haqqında əlavə məlumat almaq üçün müvafiq səhifənin sonunda yerləşdirilmiş formanı doldurmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















