“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı ABB-ni ölkə üzrə “İlin bankı” elan edib.
Jurnalın bununla bağlı yaydığı açıqlamada ABB-nin belə yüksək mükafata layiq görülməsi Bankın pandemiya dövründə sürətlə dəyişən biznes mühitinə çevik uyğunlaşa bilməsi və sağlam maliyyə vəziyyəti ilə izah olunur. Qeyd edilir ki, COVİD-19 pandemiyası və aşağı neft qiymətləri Azərbaycan iqtisadiyyatına ziyanlı təsirlər yaratsa da, dövlətin iqtisadiyyata effektiv dəstək tədbirləri bu təsirləri minimallaşdırıb. Son iki ildə də ölkənin iqtisadi inkişafı təmin edilib.
“İlin bankı” mükafatını qazanmış ABB isə iqtisadiyyatın bərpası prosesində adekvat mövqe tutub. Dəyişən vəziyyətdə düzgün davranaraq gəlirliliyini qoruya bilib və kapital mövqeyini gücləndirib.
Bank eyni zamanda cəmiyyətin inkişafını dəstəkləyən maraqlı sosial layihələrini davam etdirib. “The Banker” jurnalının açıqlamasında ABB-nin 2019-cu ilin sonunda yaratdığı ABB Tech Akademiyasının fəaliyyətinə xüsusi diqqət yönəlib. Qeyd edilib ki, indiyə qədər informasiya texnologiyaları sahəsində 300-dən çox peşəkar mütəxəssisin yetişdiyi bu akademiyanın fəaliyyəti ölkənin əmək bazarına böyük töhfə verir.
Jurnal ABB-nin Mərkəzi Bank, Azərbaycan Dəmir Yolları və Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ilk dəfə ölkəmizin dəmiryolu şəbəkəsində təmassız gediş haqqı imkanını təqdim etməsini də xatırladıb. Bunun Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsi, xüsusilə nəqliyyat sektorunda təmassız ödənişlərin inkişafı baxımından mühüm addım olduğu bildirilib. ABB-nin müştərilərə beynəlxalq standartlara uyğun yeni əməliyyat imkanları yaradan Swift gpi sistemini öz rəqəmsal kanallarında Azərbaycanda təqdim etmiş ilk maliyyə qurumu olması da “The Banker”in açıqlamasında xüsusi vurğulanıb.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İlin bankı” mükafatına layiq görülməyimiz ABB-nin 30 illiyi ərəfəsində müştərilərimizə, tərəfdaşlarımıza xoş bir xəbərdir. Bu, ABB-nin nailiyyətlərinə verilmiş obyektiv qiymətdir. Həyata keçirdiyimiz strateji inkişaf layihələrinə beynəlxalq maliyyə dairələrində də maraq göstərilir və nəticələrimiz yüksək dəyərləndirilir”.
2021-ci il üzrə “İlin bankı” adına layiq görülmüş banklarla buradan tanış olmaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" vasitəsilə həyata keçiriləcək ®
ABB-dən texnoloji güc nümayişi – yeni AI serverini işə saldı - Həssas məlumatlar artıq ölkə daxilində emal ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
38 d. əvvəl
“GL” ASC 15%-lik istiqrazlarla 1 milyon manat cəlb etdi – Buraxılış tam satıldı
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir
-
1 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi
-
1 saat əvvəl
“Via Nova Group”un xalis mənfəəti 3 dəfə, işçi sayı 160 nəfər azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir
“Via Nova Group”un xalis mənfəəti 3 dəfə, işçi sayı 160 nəfər azalıb
Azərbaycanda daha 8 dağ marşrutu açılacaq
Ən çox oxunanlar
Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" vasitəsilə həyata keçiriləcək ®
Avqustun 22-də gözlənilən hava şəraiti
Startaplara 20 min dollaradək sınaq büdcəsi verəcək - müraciətlərin qəbuluna başlandı
ABB-dən texnoloji güc nümayişi – yeni AI serverini işə saldı - Həssas məlumatlar artıq ölkə daxilində emal ediləcək
Azərbaycan xarici turoperatorlarla 50 yeni razılaşma planlaşdırır
















