"Nağdsız ödənişlər ilə bağlı 2022-2024-cü illəri əhatə edən xüsusi proqram hazırlamışıq"
AMB: Yeni strategiya nağdsız ödənişlərin xüsusi çəkisini artıracaqAzərbaycanda keçirilən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" ölkədə reallaşdırılan ən uğurlu proqramlardan biridir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, bu proqramın reallaşdırılması dövründə nağdsız ödənişlərin kartlarla aparılan əməliyyatlarda xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb.
"Bu, dayanan proses deyil. Mərkəzi Bankın əsas funksiyalarından biri ödəniş sistemlərinin təkmilləşdirilməsi məsələsidir. Biz artıq 2022-2024-cü illəri əhatə edən xüsusi proqram hazırlamışıq və burada da nağdsız ödənişlərin inkişafı, rəqəmsal transformasiya məsələləri, inklüzivliyin artırılmasını özündə əks etdirən strategiya hazırlanır", - o bildirib.
AMB rəsmisi onu da qeyd edib ki, bu strategiyanın reallaşdırılması növbəti üç ildə bu günlə müqayisədə daha əhəmiyyətli rəqəmlərə gətirib çıxardacaq. A. Quliyev əlavə edib ki, nağdsız ödənişlərin çəkisi üç il əvvəl 5% idisə, hazırda 30% təşkil edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















