Xalq Bank 17 yaşını qeyd edir!
(®) 2004-cü ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının 246 nömrəli lisenziyası əsasında fəaliyyətə başlayan Xalq Bankın 17 yaşı tamam olur.
Bu gün Xalq Bank müştərilərin etibarlı tərəfdaşına çevrilmiş və ölkənin aparıcı bankları sırasında öz yerini tutmuşdur.
Bu illər ərzində Bank öz fəaliyyətində ölkəni əhatə edən geniş filial şəbəkəsi ilə yüz minlərlə müştərilərə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini və bununla da müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutmuşdur.
2021-ci ildə istifadəyə verilmiş hüquqi və fiziki şəxslər üçün vahid platformalı XalqOnline mobil internet bankçılıq sistemi SME Banking Club beynəlxalq agentliyi tərəfindən “2021-ci ilin korporativ seqmentə xidmət göstərən ən yaxşı tətbiqi” mükafatına layiq görüldü. Mütəxəssislər Xalq Bank mobil əlavəsində mövcud olan funksiyaların rahatlığını və tamlığını yüksək qiymətləndirdilər.
Həmçinin, 17 il ərzində Xalq Bank cəmiyyətin inkişafına öz töhfəsini verərək mədəni-sosial layihələrdə aktiv iştirak etmişdir.
Belə ki, Bank 2010-cu ildən etibarən təqdim etdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində 21 kitab nəşr etdirməklə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlər görmüşdür.
ASC “Xalq” Bankı müştəri və tərəfdaşlarına inam və etimadına görə dərin minnətdarlığını bildirir, növbəti ildə onlarla birlikdə yeni uğurlara imza atmaq ümidi ilə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını təbrik edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















