Azərbaycanda POS-terminallar ilə illik ödənişlər 4 milyard manata yaxınlaşıb
2021-ci ilin Dekabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 182 min ədəd artaraq 11 milyon 40 min ədəd təşkil etmişdir.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.6% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19%, kredit kartları üzrə 28% təşkil etmişdir.
2021-ci ildə əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 302 min, digər kartlar isə 1.4 milyon ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artmışdır. 2021-ci ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11 milyard 172 mlmilyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 208 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 927 milyon manatı POS-terminallar, 37 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir.
Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.6%-ni təşkil etmişdir.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.1%, POS-terminalların sayı 6.7% artmışdır.
Həmçinin oxu
Azərbaycanda bank kartlarının sayında yeni rekordMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















