Azərbaycan bankı nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit cəlb etdi
TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb.
Bankın yaydığı məlumatda bildirilir ki, cəlb olunan vəsaitlər TuranBank-a istər üzv, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış müqavilə sayca dördüncü sazişidir. Belə ki, Bankımız əvvəlki illərdə də bu maliyyə qurumundan Kiçik və Orta Sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb etmişdi.
ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan və Qırğızıstandır. Bank region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















