İpoteka kreditlərinin təxminən 60 faizini aylıq gəliri 1100 manatdan çox olan şəxslər alıb
Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 36 762 kredit verilib ki, bunun da 59,5 %-ni və yaxud 21 887-ni aylıq gəliri 1100 manatdan çox olan şəxslər alıb.
Fondun statistikasına görə, kreditlərin 5 057-ni və yaxud 13,8 %-i aylıq gəliri 901-1 100 manat, 5 247-ni və yaxud 14,3 %-ni aylıq gəliri 701-900 manat, 3 540-nı və yaxud 9,6 %-ni aylıq gəliri 501-700 manat, 1 031-ni və yaxud 2,8 %-ni isə aylıq gəliri 500 manatdan az olan şəxslər götürüb.
Kredit götürən şəxslərin 19 660-sı və yaxud 53,5%-i dövlət sektorunda, 17 102-si və yaxud 46,5 %-i isə özəl sektorda fəaliyyət göstərib. Borc alanların 69 %-i evli, 31 %-i subay, eləcə də 81 %-i kişi, 19 %-i isə qadın olub.
Borcalanların yaş bölgüsünə gəlincə isə, 18-29 yaş arasında olanlar 35,1 %, 30-35 yaşa arasında olanlar 33,8 %, 35 yaşdan yuxarı olanlar isə 31,1 % paya malik olub.
Güzəştli kreditlər hərbi qulluqçulara (7 308), dövlət qulluqçularına (1 955), xüsusi rütbəli şəxslərə (1 090), məcburi köçkünlərə (912), müəllimlərə (723), elm adamlarına (334), idmançılara (148), şəhid ailələrinə (53) və milli qəhrəmanlara (8) verilib.
Bütün kreditlərinin pay bölgüsündə isə hərbçilər (7 194), maliyyə qurumlarında çalışanlar (6 863) və enerji sektorunda işləyənlər (3 849) sektoru ilk üçlükdə qərarlaşıb. Onları hüquq-mühafizə orqanları (3 582), təhsil (1 878), yerli və xarici dövlət qurumları (1 485), rabitə və informasiya texnologiyaları (1 162), tikinti (829), xidmət (823),nəqliyyat (679), səhiyyə (638), sahibkarlıq fəaliyyəti (244), kommersiya fəaliyyəti (156), fərdi sahibkarlar (30) və digərləri (7 350) izləyib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















