Türkiyənin Azərbaycandakı bankının “Səməd Vurğun” filialı fəaliyyətə başladı!
Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC filial şəbəkəsini genişləndirməyə davam edir.
Filialın açılışında bankın sədri Dr. Selçuk Demir çıxış edərək, filial şəbəkəsinin genişləndirilməsində əsas məqsədin ölkənin real sektoruna hərtərəfli dəstək olmaqla, artan müştəri bazasına daha da keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsi olduğunu bildirmişdir.
Bankdan təqdim edilən məlumata əsasən şəhərin mərkəzində - Səməd Vurğun küç., 53 (World Business Center-in 1-ci mərtəbəsi) ünvanında yerləşən Səməd Vurğun filialı müasirliyi və funksionallığı ilə yanaşı, digər filiallar kimi bankın “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq xidmət göstərəcəkdir. Ziraat Bank Azərbaycanın Səməd Vurğun filialı, istər hüquqi, istərsə də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcək.
Filial həftəiçi hər gün saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaqdır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 7 filialı mövcuddur.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















