Aktivlərindən ən yaxşı istifadə edən banklar - ARAŞDIRMA
Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 609 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 38 milyard 462,2 milyon manat məbləğində aktivlərin 1,6%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 4,6%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 14-cüdür.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “AFB Bank” ASC tutub. Bu bank ötən il aktivlərinin 3,4%-i qədər mənfəət əldə edib. Bu arada, "AFB Bank" aktivlərinin məbləğinə görə, 26 bank arasında 21-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Kapital Bank" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti aktivlərinin 2,7%-i qədər olub. Halbuki, "Kapital Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 2-cidir.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 2-də sözügedən göstərici 2,2%, 7 bankda 1-2% arasında, 11 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
1 | Bank of Baku | 4,6% |
2 | AFB Bank | 3,4% |
3 | Kapital Bank | 2,7% |
4 | Express Bank | 2,2% |
5 | Yelo Bank | 2,2% |
6 | Azərbaycan Beynəlxalq Bankı | 1,8% |
7 | Bank VTB Azərbaycan | 1,8% |
8 | Naxçıvan Bank | 1,8% |
9 | Zıraat Bank Azərbaycan | 1,8% |
10 | Bank Respublika | 1,6% |
11 | PAŞA Bank | 1,4% |
12 | Xalq Bank | 1,2% |
13 | Bank Avrasiya | 0,5% |
14 | Unibank | 0,5% |
15 | Azərbaycan Sənaye Bankı | 0,3% |
16 | Premium Bank | 0,3% |
17 | Rabitəbank | 0,3% |
18 | Bank BTB | 0,2% |
19 | Günay Bank | 0,2% |
20 | Muğan Bank | 0,2% |
21 | Access Bank | 0,1% |
22 | Azər-Türk Bank | 0,1% |
23 | Turan Bank | 0,1% |
24 | Yapı Kredi Bank Azərbaycan | -0,2% |
25 | İran Milli Bankı - Bakı | -2,3% |
26 | Pakistan Milli Bankı - Bakı | -4,2% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















