“İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 6 məsələnin müzakirəyə çıxarıldığını bildirib.
Gündəliyin təsdiqindən sonra ilk olaraq yeni hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinə birinci oxunuşda baxılıb.
Komitə sədri bildirib ki, təqdim olunan sənəd cənab Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.
O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daima yaxşılaşdırılmasıdır. Bu istiqamətdə yeni hazırlanmış “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yerli və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayan nazir müavini sənədin Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olmasından danışıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev deputatların qeydlərinə və qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
İclasda “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunduqdan sonra deputatlar ikinci oxunuşda olan qanun layihələrinin müzakirəsinə keçiblər.
Gündəliyin ikinci məsələsini təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) "Media haqqında" qanunda təsbit olunmuş audiovizual media subyektlərinin yeni təsnifatının rüsumlarının müəyyən edilməsi ilə bağlı hazırlanıb. Vurğulayıb ki, sənəddə ümumrespublika televiziya yayımı üçün nəzərdə tutulan rüsumun məbləği 10 dəfə azaldılıb.
Gündəliyin 3-cü məsələ olan “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) də "Media haqqında" qanunda təsbit edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırma məqsədilə hazırlandığı bildirilib.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, dəyişiklik dövlət əmlakının özəlləşdirilməsi zamanı özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən daxil olan vəsaitlərin istifadə məqsədlərinin daha da genişləndirilməsi ilə bağlıdır.
İkinci oxunuşda olan “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində isə bildirilib ki, sənəd Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədar qanunvericilikdə termin dəyişikliyi ilə bağlı hazırlanıb.
Bu qanun layihələri də ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Sonda komitə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsini nəzərdən keçirib. Qanun layihəsinə əsasən, Gürcüstanla 1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunla təsdiq edilmiş müvafiq sahədə əməkdaşlıqla bağlı saziş ləğv olunur, 2021-ci il sentyabrın 29-da bağlanmış yeni əməkdaşlıq sazişi isə təsdiq edilir.
Deputatlar nəzərdən keçirdikləri bu son sənədi də Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
3 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
3 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
3 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
3 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)












