Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqladı
Bank BTB-nin aktivləri 6%, kredit portfeli 18% artıb.Bank BTB 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.
Marja.az Bankın yaydığı press-relizə istinadən xəbər verir ki, Bank BTB-nin birinci rüb üzrə faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri isə 4 milyon 006 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 1 milyon 56 min manat təşkil etmişdir.
"Maliyyə nəticələrinə əsasən, 1-ci rüb ərzində Bank BTB-nin aktivlərinin həcmində 6 % artım qeydə alınıb, bankın cəmi aktivləri 356 milyon 788 min manata çatıb. Digər əsas göstərici isə bankın kredit portfelinin artmasıdır ki, hesabat dövründə bankın kredit portfeli 261 milyon 411 min manat təşkil etmiş, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir. Sözügedən dövrdə bankın fiziki şəxslərin müddətli depozit portfelinin həcmi 26% artaraq 130 milyon 507 min manat təşkil etmişdir",- press-relizdə bildirilir.
Qeyd edilib ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank hər zamanki kimi müştəri məmnunluğunu üstün tutaraq yeni rəqəmsal həllərin tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərməyə davam edir. Əhaliyə məsafədən bank xidmətlərinin göstərilməsini daha da asanlaşdıran BTB Mobile tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 26 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























