Energetika Nazirliyi və bp arasında növbəti razılaşma
Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi həyata keçiriləcək.Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.
Energetiak Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.
İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model layihə çərçivəsində Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.
Energetika naziri Pərviz Şahbazov deyib:
“Bir illik birgə fəaliyyətimizin və səmərəli əməkdaşlığımızın nəticəsində “Şəfəq” layihəsinin reallaşdırılması üçün bütün tərəflərin maraqlarını təmin edə biləcək cəlbedici zəmin hazırladıq. Bugünkü razılaşmamız elektrik enerjisinin istehsalı, ötürülməsi də daxil olmaqla bir çox məsələlər üzrə gələcək fəaliyyətimizə aydın istiqamətlər verir və günəş elektrik stansiyasının inşasına başlamaq prosesini sürətləndirir. Bu sənəd bir daha bu layihənin həyata keçirilməsində qərarlı olduğumuzu və Azərbaycan ilə bp-nin bərpa olunan və aşağı karbonlu enerji mənbələri üzrə əməkdaşlığa sadiqliyini nümayiş etdirir. İnanırıq ki, “yaşıl enerji” zonasında xarici tərəfdaşlığın ilk nümunəsi olan “Şəfəq” layihəsi bp ilə “yaşıl” enerji və dekarbonizasiya üzrə davamlı əməkdaşlığımıza təkan verəcəkdir.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib:
“Bu gün imzalanmış sənəd “Şəfəq” layihəsini yekun investisiya qərarına daha da yaxınlaşdırır. Biz şadıq ki, layihənin kommersiya baxımından uğurlu olmaq ehtimalını artıraraq bütün maraqlı tərəflərə, o cümlədən potensial alıcılara və Azərbaycan hökumətinə faydalı olacaq yanaşma barədə razılığa gəldik. Əminik ki, bu yeni yanaşma neft və qaz əməliyyatlarının, o cümlədən tərəfimizdən həyata keçirilən əməliyyatların dekarbonizasiyasına şərait yaradacaqdır. Bu, 2050-ci ilə qədər, hətta daha yaxın gələcəkdə xalis sıfır emissiyaya nail olmaq məqsədilə əməliyyatlarımızın atmosferə təsirini əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görməklə qlobal səviyyədə əldə etmək istədiyimiz nəticəyə tam uyğundur”.
Xatırladaq ki, Energetika Nazirliyi və bp arasında 3 iyun 2021-ci il tarixində imzalanmış İcra Müqaviləsi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığı nəzərdə tuturdu.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
42 d. əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
2 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
2 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
2 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
2 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə
























