Palatadan Dövlət Neft Fondunun daşınmaz əmlak investisiyalarına irad və təklif
Dövlət Neft Fondu London şəhərinin “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak üzrə 2018-ci ildə başlayan və hesabat ilində də davam edən təmir işləri ilə bağlı 2021-ci ildə 27,1 milyon funt sterlinq vəsait yönəldilmişdir. Bu daşınmaz əmlakda 4 ildir təmir işləri aparılır.Azərbaycan Respublikası Hesablama Palatası Dövlət Neft Fondunun daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan birbaşa investisiya aləti üzrə daşınmaz əmlak bazarının tələblərinə uyğun mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət yarandığı qənaətindədir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.
Rəydə qeyd edilib ki, Daşınmaz əmlak alt portfeli üzrə gəlirlilik keçən ili mənfi göstəricilərlə başa vursada hesabat ilinin 9 aylıq göstəricisinə əsasən 5,76%, illik göstəricidə isə 12,48% gəlirlilik əldə etmişdir. Gəlirlilikdə əsas hissə daşınmaz əmlak alt portfelinin 59,0%-ni təşkil edən fond investisiyalarının payına düşmüşdür.
Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyalarının ümumi miqdarı 2 milyard 733,6 milyon ABŞ dolları təşkil etmişdir. Fond London şəhərinin “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 174,5 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 159,5 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən və dəyəri 199,2 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56,8 milyard yapon yeni (98,0%-i yəni 55,664 milyard yapon yeni ARDNF-yə məxsus olan) təşkil edən ticarət mərkəzinə investisiya etmişdir. Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “GreenOak”, “Starwood”, “Angelo, Gordon & CO”, “FLE SICAV-FIS”, “Brookfield Asset Management”, “Charter Hall” və “Prologis” şirkətləri tərəfindən idarə olunan fond investisiyaları; “Walton Street”, “Gaw Capital”, “Blackstone”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olmuşdur.
31 dekabr 2021-ci il tarixinə Fondun daşınmaz əmlak alt portfelləri üzrə, habelə daşınmaz əmlak alt portfeli üzrə cari hesablarda olan pul vəsaitlərinin qalıqları aşağıda cədvəldə göstərilmişdir.

Cədvəldən göründüyü kimi, 2021-ci il 31 dekabr tarixinə daşınmaz əmlak üzrə investisiyalar 2 milyard 733 milyon 593 min 657 ABŞ dolları və bu portfel üzrə cari hesablarda olan pul vəsaitlərinin qalığı isə 67 milyon 934 min 599 ABŞ dolları təşkil etmişdir. Beləliklə, daşınmaz əmlak portfeli cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alaraq həmin tarixə 2 milyard 801 milyon 528 min 256 ABŞ dolları təşkil etmişdir. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 27%-i birbaşa investisiyaların, 59%-i fond investisiyaların və 14%-i müştərək investisiyaların payına düşmüşdür. Qeyd edilməlidir ki, daşınmaz əmlaka birbaşa investisiyaları üzrə gəlirlilik faizi 6,17%, fond investisiyaları üzrə 16.95%, müştərək investisiyalar üzrə isə 6,65%, ümumilikdə isə daşınmaz əmlak portfeli üzrə məzənnə fərqi nəzərə alınmadan əldə olunan gəlirlilik 12,48% təşkil etmişdir.
“Fond Hesabat ilində Daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan birbaşa investisiyalar üzrə 6,17% və ya 42 milyon 479 min 420 manat gəlirlilik əldə etmiş, məzənnə fərqindən yaranan zərəri isə 44 milyon 955 min 668 manat olmuşdur. Fond London şəhərinin “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak üzrə 2018-ci ildə başlayan və hesabat ilində də davam edən təmir işləri ilə bağlı 2021-ci ildə 27,1 milyon funt sterlinq vəsait yönəldilmişdir. Gəlirlilik göstəricisinin Daşınmaz əmlak alt portfelinin digər istiqamətləri ilə müqayisədə aşağı olması Palata tərəfindən verilən əvvəlki illərin rəylərində də qeyd edildiyi kimi birbaşa investisiya aləti üzrə daşınmaz əmlak bazarının tələblərinə uyğun mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət yarandığını deməyə əsas vermişdir”,- Rəydə deyilir.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 50 d. əvvəl
-
-
1 saat əvvəl
50 investor 1 milyon manat yatırdı – BOKT-un istiqrazları tam yerləşdirildi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İran: Yeni hücum olarsa, müharibənin coğrafiyasını dəyişəcəyik
-
3 saat əvvəl
Mərkəzi “Bank Respublika” - “AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
-
3 saat əvvəl
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı 23 sentyabrda mühüm qərarını açıqayacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Beynəlxalq Maliyyə Korporasiyası "Bank Respublika"da uzunmüddətli investor olaraq qalmaq niyyətindədir
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
İran: Yeni hücum olarsa, müharibənin coğrafiyasını dəyişəcəyik
Mərkəzi “Bank Respublika” - “AccessBank” sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
Azərbaycan Mərkəzi Bankı 23 sentyabrda mühüm qərarını açıqayacaq
Azərbaycanın keytrinq şirkəti müflis oldu –ləğvetmə qərarı verildi
Mərkəzi Bank: Kommersiya banklarını birləşməyə məcbur etmirik
“Prior Credit” BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Azərbaycan biznesindən Özbəkistanda yeni həmlə
Rəsmi məzənnələr açıqlandı



















