DTX: 10 saniyə ərzində 211 güzəştli mənzil satılıb
“Mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.
“Ümumiyyətlə mənzil seçimi ilə bağlı aparılan araşdırma onu göstərir ki, mənzil seçimində iştirak etmiş şəxslərin demək olar ki, özləri prosesi qanuniləşdirməyib. Onların əvəzinə ya kiberproqramlar tətbiq edilməklə, ya da informasiya texnologiyaları sahəsində xüsusi bilikləri olan şəxslər tərəfindən mənzillər rəsmiləşdirilib”, - o deyib.
DTX: Mənzil seçimi zamanı eyni İP ünvanlardan istifadə edilib
“14 aprel 2022-ci ildə qeyd olunan məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsi tərəfindən cinayət işi başlanılıb”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova "Təqsirləndirilən şəxslər tərəfindən mənzillərin qanunsuz yolla əldə edilməsi hansı sübutlar əsasında öz təsdiqini tapır?" sualına cavabında deyib.
O bildirib ki, araşdırma nəticəsində çoxsaylı istintaq hərəkətləri və prosessual tədbirlər həyata keçirilib: “Bir çox hallarda mənzil seçimi prosesini faktiki olaraq adları keçən şəxslərin özləri deyil, informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan şəxslər və kiberproqramlardan istifadə edilərək mənzil seçiminin reallaşdırılması təsdiqini tapıb. Buna misal olaraq bizim hazırkı cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş təqsirləndirilən şəxslərə məxsus eyni İP ünvanlardan bir anda bir neçə mənzil seçimi üçün müraciət etmə faktı müəyyən edilib”.
Günel Hüseynova qeyd edib ki, bu faktla bağlı İstintaq baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı istər təqsirləndirilən şəxslər, istərsə də adlarına seçim edilmiş şəxslər kifayət qədər mötəbər faktlar verib: “Bundan başqa, istintaq texniki imkanlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən müəyyən kompüter proqramlarının dəyişdirilməsinə və digər formada müdaxilə edilməsini təmin edəm kiberproqramlar və kiberhücumların izləri müəyyən edilib. Əlavə olaraq, daha az müddətə mənzil seçiminin mümkünlüyü DTX-nın istintaq baş idarəsi tərəfindən araşdırılıb. İstintaq eksperimentinin nəticəsi olaraq kifayət dəlillər əldə olunub”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
22 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
1 gün əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
1 gün əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
Ən çox oxunanlar
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb
























