"Azərbaycandan gül ixracı məsələsi çox çətindir"
Dünyada yaşanan geosiyasi vəziyyətə görə təzhizat zəncirində bir sıra dəyişiklər, çətinliklər yaranıb. Bu çətinlik həmçinin gülçülük sənayesində də müşahidə edilir. Belə ki, gül istehsalı üçün lazım olan gübrələr kəskin bahalaşıb.
Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov bildirib ki, hazırda demək olar ki, Azərbaycan istehsalçıları bu istiqamətdə heç bir problemlə üzləşməyiblər: “Hər bir gül tingi alınır, 5-6 il istifadə edilir. Gül tingi hər il, hər ay gətirilmir. Ona görə də ölkədə istehsalda elə bir dəyişiklik baş verməyib. Qiymət artımı yoxdur, qızılgüllər əvvəlki kimi 4-5 manata satılır”.
O vurğulayıb ki, ölkədəki gül tələbatı 70 % yerli istehsal hesabına qarşılanır: "Hal-hazırda Azərbaycanda qızılgüllərin illik istehsalı təqribən 15 milyon ədəd təşkil edir. Bu güllərə yerli bazarın tələbatı təxminən 13-15 milyon ədədə bərabərdir. Amma başqa növ güllərin istehsal həcmi ilə bağlı dəqiq statistika yoxdur. Onların həcmi illik təqribən 5 milyona yaxın ola bilər".
C.Axundov ixracla bağlı məsələdən danışıb: “Bizim güllərə ənənəvi olaraq Rusiya və Gürcüstan maraq göstərir. Regionda baş verən giymət artımı bu ölkələrdə alıcılıq qabiliyyətini aşağı salıb. Hazırda Rusiya bazarına Azərbaycan şirkətlərinin gül ixracında artım yoxdur. Rusiya bazarına ixrac yox səviyyəsindədir”.
Onun sözlərinə görə, Rusiya bazarının əvəzində yeni bazarlar araşdırılır: “Məsələn, Özbəkistan bazarı öyrənilir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfər edib. Özbəkistanla müəyyən biznes əlaqələri qurulub, hazırda məndə olan məlumata görə, bu ölkənin bazarı daha dərin öyrənilir. Biz Özbəkistanın tələbatına uyğun onlara güllər göndərə bilərik. Şirkətlərlə danışıqlar var, həmin danışıqlara uyğun olaraq birinci test partiya göndərilməlidir. Bundan sonra, dəqiq tələbatla bağlı məlumat deyə biləcəyik”.
O əlavə edib ki, Özbəkistanın Namanqan şəhərində “Gül festivalı” keçirilib, Azərbaycan heyəti ilə birgə həmin festivalda iştirak etmişdim: “Bu, festivaldan sonra müəyyən danışıqlar apardıq və ixrac baxımından mühüm əhəmiyyət kəsb edir”.
C.Axundov Avropa İttifaqı ölkələrinin bazarları ilə bağlı məsələyə münasibət bildirib: “Hollandiya Avropa bazarını güllə təmin edir və daha münasib qiymətə bazara məhsul çıxarır. Logistikanı nəzərə alsaq, Azərbaycandan gül ixracı məsələsi çox çətindir”.
Xatırladaq ki, “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası”nın 2021-c ildə təsis olunub.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
18 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
21 saat əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
22 saat əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb


























