"Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”
Son günlər ölkədə ymurtanın qiymətinin artması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın 22-23 qəpiyədək bahalaşdığını iddia edir.
Bununla bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına (APEPEA) bildirir ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır.
Marja xəbər veri ki, APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli bu məsələ ilə bağlı aşağıdakıları qeyd edib:
“Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu (360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”.
APEPEA sədri bildirir ki, hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir:
“Cənab Prezidentin fərmanı ilə quş əti istehsalında mühüm payı olan məhsulların idxalının ƏDV-dən azad olunması nəticəsində bu gün ölkəmizdə quş ətinin bahalaşması deyil, əksinə, ucuzlaşmasını müşahidə edirik. Hesablamalarımıza görə, bu proses bir qədər də davam edəcək. Cənab Prezident İlham Əliyevin ölkədə sahibkarlığın, yerli istehsalın inkişafına verdiyi yüksək dəyər, atdığı addımlar Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
23 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
21 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
26 d. əvvəl
İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır
-
27 d. əvvəl
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
-
30 d. əvvəl
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
-
33 d. əvvəl
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
-
39 d. əvvəl
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
-
49 d. əvvəl
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
-
52 d. əvvəl
İki dövlət şirkətinə büdcədən 51 milyon manatdan çox subsidiya veriləcək
-
58 d. əvvəl
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Ən çox oxunanlar
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
Dolların qiyməti 50 Türkiyə Lirəsini keçib
























