"Bakıda ucuz kirayə mənzillər azalır, qiymətlər artır"
Ali təhsil müəssisələrində dərslərin başlamasına az qalıb. Bu isə o deməkdir ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutur.
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında deyib ki, bölgələrdən tələbələrin gəlişi ilə əlaqədar Bakıda kirayə mənzil qiymətləri artıb:
“İyun-iyul ayları ilə müqayisədə hazırda Bakıda kirayə mənzillərin qiymətində 15-20 % artım müşahidə edilir. Yayda 300-350 manata olan mənzillər indi təqribən 400 manata təklif olunur. Kirayə mənzillərə əsas tələbat Yasamal rayonundadır. Çünki ali təhsil müəssisələrinin çoxu bu rayonda yerləşir. Yasamalda ev tapmayan tələbələr hansısa metro stansiyasına yaxın ərazidə ev tapmağa çalışırlar. Bəzən qiymətlər baha olanda tələbələr Bakı ətrafında yerləşən Abşeron, Xırdalan, Masazır kimi ərazilərə üz tutur. Belə olanda həmin tələbənin hər gün ali məktəbə gedib-gəlməsi bir neçə saat vaxt itkisinə səbəb olur".
Onun sözlərinə görə, hazırda bir otaqlı ümumi həyət evinin kirayə qiyməti təqribən 150 manat, iki otaqlıların 200 manatdır: "Köhnə 3-5 mərtəbəli bina evlərində bir otaqlı mənzillər 300-400 manat, iki otaqlılar 400-500 manat, üç otaqlılar isə 500-700 manata təklif ediir. Yeni tikili binalarda kirayə mənzillərin qiyməti daha bahadır. Bu binalardakı bir otaqlı mənzilin kirayə qiyməti təxminən 500 manat, iki otaqlı mənzilin 600 manatdır. Bunun üzərinə kommunal xərcləri də gələndə qiymətlər 10-20 % artır. Həyət evlərinin isə kirayə qiymətləri nisbətən ucuzdur”.
E.Fərzəliyev qeyd edib ki, hər il Bakıda ucuz qiymətə kirayəyə verilən mənzillərin sayı azalır, qiyməti isə artır:
“Əsas səbəb Bakıdakı söküntü işləridir. Pilot layihələr üzərindən köhnə çoxmənzilli yaşayış binalarının sökülməsi həmin binalardakı ucuz qiymətə kirayəyə verilən mənzilləri bazardan çıxarır. Həmin binaların sakinləri özləri də söküntü zamanı kirayədə qalmağa məcbur olur. Bir binanın sökülüb yenisinin tikilməsi azı 2-3 il çəkir. Bir-dörd bloklu beşmərtəbəli binada yaşayan altmış ailə həmin ərazidə 60 mənzili kirayəyə götürüb orda 2-3 il qalmalı olur. Söküntü işləri isə davamlı olaraq gedir. Əvvəllər köhnə beşmərtəbəli binalarda bir otaqlı mənzil təqribən 300 manat, iki otaqlı mənzil 400 manata idisə, həmin bina sökülür, yerində daha geniş və tam təmirli bina tikilir və həmin binada bir otaqlı mənzilin kirayə qiyməti 500 manat, iki otaqlının isə 600 manat olur. Bakıda köhnə binaların söküntüsü hələ uzun müddət davam edəcək ki, bu da mərhələli şəkildə ucuz qiymətə olan kirayəlik mənzillərin kirayə bazarından çıxmasına səbəb olacaq”.
Ekspert deyib ki, ümumi həyət evlərinin söküntüsü paytaxtda ucuz kirayə mənzil tapmağı daha da çətinləşdirib:
“Şəhər mərkəzində “Sovetski” və digər ərazilərdə ucuz qiymətə kirayə mənzillər olurdu. Bu ərazilərin bir hissəsi sökülüb. Ali təhsil müəssisələri yaxınlığında, Yasamal rayonu və “Təbriz” küçəsində 100-150 manata ümumi həyət evləri kirayəyə təklif edilirdi. “Təbriz” küçəsi, “Qarabağ” küçəsi və digər paralel küçələrin böyük hissəsi artıq sökülüb. Orda yeni tikili binalar tikildiyinə görə, həmin ərazilərdə ucuz kirayə mənzil tapmaq çətinləşib. Tələbələrin də bölgələrdən gəlməsi kirayə mənzil bazarında qıtlıq və qiymət artımına gətirir. Hər il sentyabr ayında minlərlə tələbənin bölgələrdən Bakıya üz tutması minlərlə mənzilin tələbələr tərəfindən kirayələnməsi deməkdir. Nəzərə alaq ki, tək tələbələr deyil, Bakı sakinlərinin də bir hissəsi kirayədə qalır. Şəhərdə yaşayan yeni ailə qurmuş gənc cütlüklər də kirayə mənzil tapmaqda çətinlik çəkir. Köhnə evlərin davamlı olaraq sökülməsi insanların ucuz mənzil tapmasına çətinlik yaradır. Artıq məcburən bir otaqda 3-4, bəzən 5 tələbə yaşayır ki, kirayə pulunu ödəyə bilsinlər. Bu il ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı daha çox oldu. Bu da qiymətin daha çox artmasına gətirib”.
E.Fərzəliyev hesab edir ki, bu problemlərin həlli üçün addımlar atılmalıdır: "Ya ali təhsil müəssisələri bölgələrə köçürülməlidir ki, həmin ərazilərdə də kirayə mənzil bazarı inkişaf etsin, tələbələr üçün kirayə mənzil tapmaq rahat olsun, ya da tələbələr üçün yataqxanalar tikilməlidir. Çünki həm ali təhsil müəssisələrin və fakültələrin sayı, həm də tələbələrin sayı artır. Amma onların yaşaması üçün kirayə mənzillər günbəgün tükənir. Bu da ciddi problemlərə gətirib çıxaracaq. Bir otaqda çox sayda tələbənin qalması onların dərs oxuyarkən bir-birinə mane olmasına və nəticədə təhsillərində geriləməsinə səbəb ola bilər”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 saat sonra
-
- 14 d. əvvəl
-
17 d. əvvəl
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
-
28 d. əvvəl
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
-
32 d. əvvəl
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Baku ID” innovasiya ekosisteminin nəbzi SABAH.city-də döyünür
-
13 saat əvvəl
Smartfon, noutbuk və texnikaya böyük endirim - iPhone-lara 500 AZN-dək endirim
-
14 saat əvvəl
Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
Rəsmi məzənnələr açıqlandı
“Baku ID” innovasiya ekosisteminin nəbzi SABAH.city-də döyünür
Azərbaycanda armatur istehsalı 14 faizdən çox artıb
SOCAR bu ölkədə yeni yanacaqdoldurma məntəqələri tikəcək
“Pirqulu Park” hotelinin açılışı oldu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni turizm kompleksi – “Nəsimi Bağları” istifadəyə verildi






















