ABB-nin dəstəyi ilə keçirilən “Shusha Chess 2022” başa çatdı
(®) Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin bağlanış mərasimi olub.
Sentyabrın 21-dən start götürən turnir iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişilər arasında 26 xalla Şəhriyar Məmmədyarov qalib olub. Qadınların yarışında isə gürcü şahmatçısı Meri Arabidze 24 xalla birinci yeri tutub.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, SOCAR-ın baş sponsorluğu ilə keçirilən turnirə ABB və “Azərxalça” da dəstək verib.
Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilmiş ilk beynəlxalq şahmat turniri idi. Turnir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdu.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 22 saat sonra
-
22 d. əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 29 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklar hüquqi şəxslərin tələbli depozitlərində azalma olacağını gözləyirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanın mərkəzində yeni yaşayış kompleksi: mənzillər alıcıların yolunu gözləyir ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Noyabrın 27-də gözlənilən hava şəraiti
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
Ən çox oxunanlar
"İstehlak kreditlərinə tələb artıb"
Xırdalanın mərkəzində yeni yaşayış kompleksi: mənzillər alıcıların yolunu gözləyir ®
Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək
Anthropic-in baş direktoru: İnsanlar nəzarəti süni intellektə təhvil verməməlidirlər
Azərbaycan neftinin son qiyməti























