“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırıldı
(®) Xeyirxah əməllər həyata keçirən “Qırmızı Ürəklər” Fondunun (Red Hearts) fəaliyyət istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir.
Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsimova və digər qonaqlar çıxış etdilər.
Yeni təqaüd proqramı çərçivəsində seçilən 15 tələbəyə hər ay 150 AZN məbləğində təqaüd, 11 tələbənin isə cari və əvvəlki dövrdən qalan təhsil haqları fond tərəfindən qarşılanacaq. Fond donorlar tərəfindən təhsil üçün edilən ianələri ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır.
Fondun “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın əsas məqsədi istedadlı, mütərəqqi ideya və təşəbbüsləri özündə ehtiva edən, perspektivli, özünü inkişaf etdirməyə səy göstərən tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etməkdir. Proqram ödənişli və ödənişsiz əsaslarla təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə edir. Tələbələr proqramdan universitetə qəbul balına və təhsil aldıqları dövrdə göstərdikləri akademik göstəricilərə uyğun olaraq faydalanırlar.
“Təhsil ehtiyaclarını dəstəklədiyimiz hər bir fərdin ölkəmizin və dünyanın gələcəyini dəyişəcəyinə, həyatımızı daha da gözəlləşdirəcəyinə inanırıq. Bu proqramın qalibləri müxtəlif sahələr üzrə təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarını artıra biləcəklər. Unutmamalıyıq ki, təhsilə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir!”, - deyə “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən tələbələrin də təhsil haqları ötən il Fond tərəfindən qarşılanıb.
“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb




















