Azərbaycanlı deputatın oğlunun Türkiyədə oğurlandığı və 5 milyon dollara sərbəst buraxıldığı bildirilir
Mətbuatda çıxan xəbərlərə görə, azərbaycanlı deputatlardan birinin oğlu Türkiyədə oğurlanıb və sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Danışıqların nəticəsi olaraq oliqarx deputat (onun keçmiş yüksək vəzifəli məmur olduğu da bildirilir - red) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Deputatın oğlunu oğurlayanlar separatçı qruplaşmanın üzvləri olublar.
Qeyd edilib ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
Digər məlumata görə, oğurlanmış və azad edilmiş şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur. Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var.
Həmçinin bildirilir ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb





















