"Xəzər beşliyi” ölkələri iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədirlər
Rusiyanın Baş naziri Mixail Mişustinin sözlərinə görə, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan müxtəlif sahələrdə tərəfdaşlığı dərinləşdirmək, regionun investisiya cəlbediciliyini artırmaq niyyətindədirlər. Mişustin Rusiya Federasiyası ilə Xəzəryanı ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının davam etdirilməsinin vacib olduğunu bildirib Baş nazir qeyd edib ki, son beş ildə ölkələrin dünya ÜDM-də xüsusi çəkisi 3,6%-ə çatıb, qarşılıqlı ticarət dövriyyəsi isə bir yarım dəfə artıb.Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan "Xəzər beşliyi” çərçivəsində ticari-iqtisadi əməkdaşlığı dərinləşdirəcək.
Marja xəbər verir ki, bunu cümə axşamı Rusiyanın baş naziri Mixail Mişustin Moskvada davam edən II Xəzər İqtisadi Forumunda deyib.
"Bizim mütləq prioritetimiz Xəzər beşliyi liderlərinin qərarlarının həyata keçirilməsidir. Biz ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görəcəyik".
Rusiya baş nazirinin sözlərinə görə, ölkələr müxtəlif sahələrdə tərəfdaşlığı dərinləşdirmək və regionun investisiya cəlbediciliyini artırmaq niyyətindədirlər.
"Rusiyanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artır, bu tendensiyanın saxlanması vacibdir" - Rusiyanın baş naziri Mixail Mişustin II Xəzər İqtisadi Forumunun plenar iclasında bildirib.
"Xəzər regionu ən dinamik inkişaf edən regionlardan biridir. Son 20 ildə ümumi ümumi daxili məhsul təxminən 3 dəfə, qarşılıqlı ticarət isə 5 dəfə artıb. Son beş ildə ölkələrin dünya ÜDM-də xüsusi çəkisi 3,6%-ə çatıb, qarşılıqlı ticarət dövriyyəsi isə 1,5 dəfə artıb”, - deyə o bildirib.
Mişustin qeyd edib ki, Rusiyanın Xəzəryanı ölkələrlə ticarətinin həcmində də yaxşı göstəricilər var: "Ötən ilin yekunlarına görə, ticarət dövriyyəsi üçdə birdən çox artıb. Bu tendensiyanın saxlanılması vacibdir".
O xatırladıb ki, iyunun sonunda Aşqabadda keçirilən Xəzər “beşliyi”nin sammitində Rusiya prezidenti Vladimir Putin ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı faydalı sənaye və yüksək texnologiya sahəsində əməkdaşlığın dərinləşdirilməsini ölkələrin əsas vəzifələri sırasında adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 d. sonra
- 13 d. əvvəl
- 27 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb





















