Əmanətlərin Sığortalanması Fondu Türkiyədən nümayəndə heyətini qəbul edib
Əsas fəaliyyət istiqamətlərindən biri ölkədə əmanətlərin sığortalanması mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal təcrübənin öyrənilməsi, digər ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) sentyabr ayının 26-da Türkiyədən olan nümayəndə heyətini Fondun inzibati binasında qəbul etmişdir.
ƏSF-in yaydığı məlumata görə, Fond rəhbərliyinin, eyni zamanda ƏSF-nin İnformasiya texnologiyaları və təhlükəsizlik, Risklərin idarə edilməsi, təhlil və investisiya, Hüquq və Ümumi işlər departamentlərinin əməkdaşlarının iştirakı ilə keçirilən iki günlük görüşdə qardaş ölkənin nümayəndə heyəti Fondun tələblərini qarşılayacaq elektron sistemlərin təqdimatını nümayiş etdirmişdir. Görüş zamanı “Biznes Proseslərinin İdarə Edilməsi” (BPM), “Sığortalanmış Əmanət”, “Hüquqi İzləmə”, “Elektron Arxiv” tətbiqləri və İntranet şəbəkəsinin təqdimatı baş tutmuşdur.
Tədbir zamanı diqqətə çatdırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondu son illər informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm tərəqqiyə nail olmuş, eləcə də dünyada və ölkədə gündəmdə olan müasir elektron proqramlar haqqında yeni təcrübələr və biliklərə sahiblənmişdir. Nümayəndə heyətinin üzvləri bu sahədə aparılmış işləri yüksək qiymətləndirmiş və Fondun İKT üzrə gələcək inkişaf perspektivləri haqqında məlumatlandırılmışlar.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu digər beynəlxalq tərəfdaşlarla, ələlxüsus Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə sıx əməkdaşlıq edir. Belə ki, 9 may 2022-ci il tarixində ƏSF-nin icraçı direktoru Tural Piriyev və TMSF-nin idarə heyətinin sədri Fatin Rüştü Karakaş arasında Türkiyənin İstanbul şəhərində Anlaşma Memorandumu imzalanmışdır. Bununla yanaşı Fondun müvafiq əməkdaşları üçün 9-12 may tarixlərdə Türkiyədə TMSF-nin ixtisaslı kadrları tərəfindən təlimlər təşkil edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 d. sonra
- 15 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Ən çox oxunanlar
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb





















