“8-ci km Ticarət Mərkəzi”ndə ciddi pozuntular aşkarlandı, sədri cəzalandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami rayonu, C. Naxcıvanski küçəsi, 38 ünvanında yerləşən “8-ci km Ticarət Mərkəzi”ndə 4 aprel 2022-ci il tarixində keçirilmiş planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlara yol verdiyinə görə ticarət mərkəzinin cavabdeh məsul şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək nöqsanların aradan qaldırılması üçün əlavə vaxt verilmişdi.
Bununla belə, 14 oktyabr 2022-ci il tarixində Xidmət tərəfindən yüksək risk qrupuna aid olan sözügedən obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Belə ki:
- ticarət mərkəzinin ərazisindəki mövcud yanğın su hovuzuna yanğın avtomobilinin yan alması üçün şərait yaradılmayıb, su hovuzunun üzəri və ətrafında satış məqsədilə piştaxtalar quraşdırılaraq keçid bağlanılıb;
- daxili yanğın su kranları işlək vəziyyətdə deyil, qarşısı müxtəlif mal və materiallarla bağlanılıb, yanğın hidrant qurğuları isə quraşdırılmayıb;
- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;
- bazarın bəzi satış sahələrində işıqlandırıcı elektrik lampaları mühafizə örtüklü qapaqlarla təmin olunmayıb;
- bəzi sahələrdə yanar konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib;
- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilmə yolu ilə bərkidilməyib;
- ticarət sıralarında və zirzəmi sahəsində taxta, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;
- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;
- ticarət mərkəzinin zirzəmisində avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam sahəyə quraşdırılmayıb və işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;
- təxliyə yollarında müxtəlif ölçüdə çoxsaylı tezalışan materiallardan müvəqqəti satış köşkləri və piştaxtalar quraşdırılaraq sərbəst hərəkət məhdudlaşdırılıb;
- ticarət mərkəzinin çardağında istifadə olunmuş taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- təxliyə, çıxış və köçürülmə yolları qəza-işıqlandırma sistemləri ilə təmin olunmayıb;
- ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.
Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin sədri Məmmədov Rüfət Qubad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib (cərimə edilir -red), inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub.
Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müvafiq tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
14 d. əvvəl
Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq
- 19 d. əvvəl
- 44 d. əvvəl
-
48 d. əvvəl
Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
-
1 saat əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Ən çox oxunanlar
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Rəsmi məzənnələr açıqlandı
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq



















