“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Polşada işgüzar səfərdə olub
30-dan çox Polşa şirkəti ilə danışıqlar aparılıb.(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti, “Araz” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin nümayəndə heyəti Polşada işgüzar səfərdə olub. Səfər Polşa Respublikasının Kənd Təsərrüfatına Dəstək Milli Mərkəzinin və Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Nümayəndə heyətləri 30-dan çox Polşa şirkəti ilə danışıqlar aparıblar.
“Veysəloğlu Distribusiya” şirkəti ilə görüşlər zamanı Polşanın iri qida istehsalçıları ilə gələcək əməkdaşlıq perspektivləri, əməkdaşlıq məqsədilə müqavilələr, yaranmış logistik və tədarük zənciri problemləri ilə əlaqədar olaraq alternativ həllər çərçivəsində Polşa istehsalı məhsullarının Azərbaycana gətirilməsi kimi mövzular müzakirə edilib, böyük qida istehsalı müəssisələri ziyarət olunub. Effektiv və daimi əməkdaşlığın qurulması məqsədilə tərəflər arasında gələcəkdə də görüşlərin keçirilməsi nəzərdə tutulub.
“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3825 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2300 nəfərdən çox əməkdaşı ilə xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. 2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 30 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















