Azərbaycan borc alıb borc qaytaracaq – KREDİT ÖDƏNİŞLƏRİ BÜDCƏDƏN ÇIXARILIR
2023-cü il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər 1 milyard 5 milyon manat məbləğində proqnozlaşdırılır.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin xərclərin 775 milyon manatını xarici dövlət borcu, 230 milyon manatını isə daxili dövlət borcu üzrə xidmət xərcləri təşkil edir.
2023-cü ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə proqnozlaşdırılan xərclərin 404,7 milyon manat hissəsini birbaşa xarici dövlət borcu üzrə faiz xərcləri, 370,3 milyon manat hissəsini isə Azərbaycan Respublikası hökumətinin müvafiq razılıqlarına əsasən bir sıra dövlət müəssisələrinin əvəzinə həyata keçiriləcək ödənişlər təşkil edir.
Daxili dövlət borcuna xidmət xərcləri üzrə proqnozlaşdırılan 230 milyon manat məbləğində vəsaiti daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları üzrə faiz xərcləri təşkil edir.
2022-ci ilin dövlət büdcəsi ilə müqayisədə 2023-cü ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün proqnozlaşdırılan vəsait 787 milyon manat daha azdır. Bunun başlıca səbəbi beynəlxalq təcrübəyə uyğun olaraq hökumət tərəfindən cəlb edilmiş kreditlər üzrə əsas borc ödənişlərinin dövlət büdcəsinin xərclərindən çıxarılaraq, yenidənmaliyyələşdirmə vasitəsilə təmin edilməsidir. Belə ki, birbaşa xarici dövlət borcu üzrə cəlb edilmiş kreditlər üzrə 2023-cü ildə ödənilməli olan 800 milyon manat məbləğində əsas borc ödənişlərinin növbəti ildən başlayaraq büdcə xərclərində nəzərə alınmadan il ərzində cəlb olunacaq xarici borcalmalar hesabına yenidən maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət istiqrazları üzrə 2023-cü ildə ödəniləcək təqribən 600 milyon manat məbləğində əsas borc ödənişləri daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla, birbaşa dövlət borcunun yenidənmaliyyələşdiriləcək ümumi məbləği 1 milyard 400 milyon manat təşkil edəcəkdir.
Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddinin (limitin) 750 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin (limitin) 1 milyard manat məbləğində olması təklif edilir.
DÖVLƏTİN 17 MİLYARD MANATA YAXIN BORCU VAR
2022-ci il 1 iyul tarixi vəziyyətinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 928,5 milyon manat ekvivalentində və ya ÜDM-in 14,7 faizini təşkil etmişdir. Məcmu dövlət borcunun 13 milyard 400 milyon manatı (7 milyard 882,3 milyon ABŞ dolları) və ya 79,2 faizi xarici dövlət borcunun, 3 milyard 528,5 milyon manatı və ya 20,8 faizi daxili dövlət borcunun payına düşür.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
4 d. əvvəl
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması tənzimlənir
- 10 d. əvvəl
- 16 d. əvvəl
-
28 d. əvvəl
“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
2 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
İraqda böyük devalvasiya – dinar 13% ucuzlaşdırıldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub























