ABB menecerləri Koç Universitetində təhsil alacaqlar
(®) ABB (Azərbaycan Beynəlxalq Bankı) öz menecerlərinin davamlı inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələri arasında olan Koç Universiteti ilə tərəfdaşlığa başlayıb.
Bank dünya universitetlərinin yüksək reytinqində yer alan bu universitetlə birgə “Executive Mini-MBA” proqramını icra edəcək. Proqram ABB menecerləri üçün xüsusi hazırlanmış tədris planı əsasında həyata keçiriləcək.
21 nəfər ABB meneceri proqramın seçim mərhələlərindən uğurla keçərək Koç Universitetində təhsil almaq hüququ qazanıb.
Menecerlər strateji marketinq, strateji düşünmə və planlaşdırma, rəhbərlər üçün maliyyə, rəqəmsal transformasiya və texnoloji trendlər, data əsaslı qərarvermə, effektiv danışıq aparmaq, təşkilati davranış və korporativ mədəniyyət, təsirli ünsiyyət və faydalı rəy mövzuları üzrə praktik bilik və bacarıqlar əldə edəcəklər. 6 aylıq proqram çərçivəsində dərslər Koç Universitetinin professorları tərəfindən həm Bakıda, həm də İstanbulda tədris ediləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















