“Veysəloğlu” və EY tanınmış britaniyalı ekspertin Bakıda təlimini təşkil etdi
Master-klass böhran hallarının idarə olunması mövzusunu əhatə edirdi.
Veysəloğlu Şirkətlər Qrupu və dünyanın ən nüfuzlu audit və konsaltinq şirkətlərindən biri olan EY (“Ernst & Young”) şirkətinin təşkilatçılığı ilə biznes icması üçün təlim keçirilib. “Böhran kommunikasiyaları” mövzusunda olan təlim britaniyalı ekspert Cim Prin (Jim Preen) tərəfindən aparılıb. Qabaqcıl Azərbaycan və beynəlxalq şirkətlərin 40-dan çox nümayəndəsi bu maraqlı və düşündürücü master-klasdan faydalanmaq imkanı əldə edib.
Təlimdə böhran vəziyyətləri nümunələr əsasında təqdim edilib, problemlərin həlli və adekvat reaksiya vermə istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin böhran zamanı çaşqınlıq yaşamadan və koordinasiyalı şəkildə vəziyyətin idarə edilə bilməsi yolları izah olunub.
Cim Prin böhran kommunikasiyaları və jurnalistika sahəsində zəngin təcrübəyə malik olan britaniyalı mütəxəssisdir. O, uzun illər ABC News kanalında (ABŞ) jurnalist kimi fəaliyyət göstərib, Körfəz müharibəsi və Bosniya münaqişəsi də daxil olmaqla, bir sıra vacib mövzuları işıqlandırıb, beynəlxalq auditoriyaya bu hadisələrin hekayəsini anladıb.
Cim Prin ABŞ-də televiziya sahəsində mötəbər mükafat olan “Emmi” mükafatına 2 dəfə layiq görülüb. O, həmçinin Londonda yerləşən “Crisis Solutions” şirkəti ilə əməkdaşlıq edib. Cim Prin biznes aləmində böhranların idarə edilməsi üzrə çoxsaylı master-klasların və vebinarların müəllifidir, böhran kommunikasiyası planı hazırlanması üzrə ekspertdir. O həm də böyük təşkilat və uğurlu bizneslərin rəhbərlərinə media üzrə təlimlər keçir və bu sahədə tanınmış bir peşəkardır.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsi ölkəmizin iqtisadiyyatı və cəmiyyətimiz üçün real dəyər yaratmaqdır. 2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















