ABB daha 15 startapa dəstək verir
(®) ABB-nin İnnovasiya Mərkəzi 3-cü İnkubasiya proqramına start verib.
Proqrama 15 startap seçilib. Seçim həm fərdi müraciətlər, həm də 3-cü ABB Regional Hakatonunda iştirak etmiş komandalar arasında aparılıb. Bu proqram erkən mərhələdə olan startapların böyüməsinə dəstək verir. Startap layihələrinin bazara çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək imkanları yaradır.
İnkubasiya proqramında iştirak edən rezident startaplar ABB kimi güclü və dayanıqlı maliyyə institutu ilə əməkdaşlıq imkanı qazanacaqlar. ABB İnnovasiya Mərkəzindəki komandalara məhsulun inkişafı mərhələsində yerli və xarici mentorlar kömək göstərəcəklər.
Proqram başa çatandan sonra onlara öz layihələrini yerli və xarici investorlara təqdim etmək imkanı yaradılacaq. İnkubasiya proqramını uğurla tamamlamış startaplar ABB İnnovasiya Mərkəzinin akselerasiya proqramına keçid alacaqlar. Proqramlar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strateji tərəfdaşlığı ilə təşkil olunur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















