“Kadr qıtlığının səbəbi əmək bazarının vaxtında düzgün proqnozlaşdırılmamasıdır”
"Bu gün əmək bazarındakı kadr qıtlığının, müasir peşələrə, bacarıqlara sahib olan kadrların azlığının səbəbi vaxtında istiqamətlərin düzgün seçilməməsi, əmək bazarının düzgün proqnozlaşdırılmamasıdır".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, bazarda peşə təhsilli mütəxəssislərin payı artmaqdadır: “Biz dünya təcrübəsinə də baxanda görürük ki, əmək bazarının yarısından çoxi artıq ali təhsillilərdən deyil, peşə təhsillilərdən ibarətdir. Bizim hazırda 4 peşə hazırlığı mərkəzimiz var. Bu peşə hazırlığı mərkəzlərində biz il ərzində maksimum 2-3 min mütəxəssis hazırlaya bilirik.
Amma biz qanunvericiliyə dövlət-özəl tərəfdaşlığı modelini gətirdik və bundan sonra eyni anda 50-dən çox peşə hazırlığı müəssisəsi ilə əməkdaşlıq imkanı yaratdıq. Son nəticədə peşə hazırlığı potensialımız 3 mindən 30 minə çatdı. Etiraf edək ki, keyfiyyət olaraq dövlət olaraq heç də yaxşı icraçı olmur. Təəssüflər olsun ki, yaxşı icraçı olmadığı halda da güclü rəqib olur. Hesab edirik ki, bu istiqamətdə özəl sektorla əməkdaşlığı gücləndirməli, ondan daha çox dəstək almalıyıq".
"Bizim yaratdığımız mexanizmlər bugünkü gənclərin, cəmiyyətin gələcək əmək bazarına düzgün hazırlaşmasına töhfə verməkdir. Bu məqsədlə biz peşələrin atlasını hazırlayırıq. Bu, hər bir gəncin istifadəsində olacaq bir resurs olacaq. Yeri gəlmişkən, dünən biz onun prototipinə baxdıq, uğurlu alınıb. İstənilən gənc girib istədiyi peşə ilə bağlı məlumatlara baxa biləcək, həmin sənəti seçənlərin sayını da izləyə biləcək. Eyni zamanda vakansiyaları, orta əmək haqqını izləmək imkanı da olacaq.
Digər resursumuz isə məzunların məşğulluq reytinqidir. Bu resurs vasitəsi ilə gənclər peşələri müqayisə edib hansının arxasınca getməli olduğuna qərar verəcək, Həmçinin bu sahədə olan ən yaxşı təhsil müəssisəsini öyrənəcək”, - deyə M.Abbasbəyli əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















