Azərbaycanlı sahibkar: Dələduzluq edib və mənə xarab məhsulu “sırıyıblar”
Cəlilabad rayon Alar kənd sakini sahibkar Əliyev Azad Adil oğlu İran vətəndaşları tərəfindən dələduzluğa məruz qaldığını bildirir.
Sahibkarın məktubunda deyilir:
"Sizə bu məktubu yazan Cəlilabad rayon Alar kənd sakini Əliyev Azad Adil oğludur. Mən İran İslam Respublikasının vətəndaşı Salman Rəhimi və Rza Azad tərəfindən aldadılmışam və 27 750 ABŞ dolları dəyərində zərərlə üzləşmişəm.
2016-cı ilin noyabrında tanış olduğum İran vətəndaşı Salman Rəhimi ilə ticarət sahəsində əməkdaşlığa başlamaq qərarına gəldim. Ticarətimiz İranda üzümçülüklə məşğul olan sahibkarlardan üzüm alıb, Rusiya bazarlarında satmağımızdan ibarət idi. İlk öncə, S.Rəhimi ilə telefon bağlantısı yaradıb alqı-satqı məsələsinin həlli üçün söhbətlər etdik. S.Rəhimi mənə "whatsapp" vasitəsilə alacağım üzümün görüntüsünü, keyfiyyətininin dərəcəsini və qiymətini bildirdi. Eyni zamanda, mənə üzüm almağımda köməklik göstərəcəyi təqdirdə ona 550 ABŞ dolları verəcəyimi xahiş etdi. Mən də bütün bu keyfiyyətlərlə razılaşıb, ticarətimizin baş tutması üçün İrana yollandım.
Elə həmin ayın 29-da bu məqsədlə İran İslam Respublikasının Astara şəhərinə yollandım. Həmin şəhərin sakini olan S.Rəhimi ilə görüşüb mənə şəkilləri göndərilmiş üzümləri satan Rza Azadın yanına getdik. Urmiya şəhərinin sakini olan Rza Azadla görüşüb üzümlərə baxdıq. Onlar birlikdə mənə satacaqları həmin keyfiyyətli üzümlərdən nümunə göstərdikdən sonra məndən 2700 ABŞ dollarını (10 mln. Tümən) beh aldılar.
Səhəri gün isə hazırlanan üzümlərə baxdıqda, üzümlərin keyfiyyətsiz və xarab olduğunu müşahidə etdim. Buna görə də, onlara etiraz etdim ki, bu üzümlər xarab olub. Xahiş etdim ki, mənə satacaqları 18 tonluq üzümləri keyfiyyətli olsun. Əks halda, xarab üzümləri almayacağımı bildirdim. Xəbərdarlıq etdim ki, əgər üzümlər belə keyfiyyətsiz olarsa, alqı-satqı işimiz pozulacaq.
Onlar məni aldatdı ki, həmin şəhərdə və digər şəhərlərdə bundan keyfiyyətli üzüm tapa bilməyəcəm. Guya, mənim yanımda olarkən bir neçə yerə zəng edib, heç yerdə üzümün olmadığını bildirdilər. Amma mən bunlardan xəbərsiz elə həmin şəhərdə başqa bir üzüm satan Rəsul adlı sahibkarın yanına getdim və onun daha keyfiyyətli və münasib qiymətə üzümünün olduğunu gördüm.
Bunlar isə, mənə hədə-qorxu gəldilər. Bu şəxslər R.Azadın sahibi olduğu üzüm anbarında olarkən anbarın qapılarını bağlatdırıb, məni işgəncə ilə hədələdilər. Məni o üzümləri almağa məcbur etdilər və onlardan alacağım həmin 18 ton keyfiyyətsiz üzümləri almayacağım təqdirdə məndən aldıqları 17 min 400 dolları qaytarmayacaqlarını dedilər. Bundan əlavə, S.Rəhimiyə verdiyim 550 dolların da geri qaytarmayacaqlarını bildirdilər.
Sonda S.Rəhimi və R.Azad həmin keyfiyyətsiz üzümləri TIR-a yüklətdirib məni yola saldılar. TIR-ın sürücüsünə də 4000 ABŞ dolları verdim. Yükün Rusiya ərazisinə daxil olması üçün 5800 ABŞ dollarını Gömrük rüsumu olaraq verdim. Nəhayət, üzümləri Rusiyanın Moskva şəhərində yerləşən “Fut city” bazarına apardım. Bazarda üzümlə dolu TIR-ın qapılarını açıb üzümləri satmaq istəyərkən acınacaqlı vəziyyətlə qarşılaşdıq. Bütün üzümlər hamısı xarab olmuşdu. Bu üzümlər isə nə satılan, nə də alınan üzümlər deyildi artıq. Məlum oldu ki, S.Rəhimi və R.Azad ikisi birləşərək mənə qarşı dələduzluq edib və mənə xarab məhsulu “sırıyıblar”. Məhsullar ekpertizadan keçirildikdən sonra yararsız olduğu aşkarlandı. Bütün ekspert rəylərinin hamısı sənədli-sübutlu mənim əlimdədir. Həmin məhsulları isə elə Moskva şəhərində yerləşən zibilxanaya tulladıq.
Beləliklə, mən bununla da 27 750 ABŞ dolları dəyərində zərərlə üzləşdim.
Bundan sonra mənə dəymiş ziyanın ödənilməsi üçün nə qədər cəhd göstərsəm də, cəhdlərim uğursuz oldu. Problemimin həll olunması üçün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarova, İranın Azərbaycandakı Səfirliyinə ərizə ilə müraciət etmişəm. Dəfələrlə müraciət etdikdən sonra, İran Mədəniyyət Mərkəzinin sədri kimi tanınan Seyid Əli Əkbər Ocaq Nejatın qəbuluna getmişəm. Ocaq Nejat məni İran səfirliyinə yönləndirdi. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşdüm və ona başıma gələn hadisələri danışdım.
C.Cahangirzadə mənə bildirdi ki, hadisənin cərəyan etdiyi Urmiya şəhərinə gedim və orda İran XİN-in Urmiya şəhər üzrə nümayəndəliyinin rəhbəri Cəmşid Cavadzadə ilə görüşüm. Mən elə bu danışıqdan sonra Urmiyaya yollandım və C.Cavadzadə ilə görüşdüm. C.Cavadzadənin çağırışı ilə Rza Azad da gəlib birlikdə mənə dəymiş zərərin ödənilməsini müzakirə etdik. Elə bu zaman, R.Azadın və S.Rəhiminin mənim başıma gətirdikləri oyunları, hədə-qorxuları C.Cavadzadəyə danışdım. Danışdıqlarımın düzgün olduğunu sübut etmək üçün Qurani-Kərimə əl basdım və R.Azaddan da tələb etdim ki, əgər dediklərim doğru deyilsə, o da Qurana əl basıb and içsin. O isə, bundan yayındı. Bu görüş zamanı 1 saat 10 dəqiqə müzakirə etdik və bu müzakirənin hamısını mobil telefonumun səs yazısı ilə qeydiyyata aldım.
R.Azad mənə bildirdi ki, ona vaxt verim və Azərbaycana qayıdım. O, mənə dəymiş zərərin nə qədər ödəcəyini deməsi üçün iki gün vaxt istədi. İki gün sonra R.Azadla əlaqə saxladım o, mənə cəmi-cümlətani 2000 ABŞ dolları ödəyəcəyini bildirdi.
Mən razı olmasam da, etirazımı bildirsəm də, o mənə yalnız 2000 ABŞ dollarını göndərdi.
Beləliklə, mənə dəymiş 27 750 ABŞ dolları dəyərində olan zərərdən təkcə 2000 ABŞ dolları ödənilib.
İndi isə, mən mənə dəymiş zərərin ödənilməsi üçün daha bilmirəm kimdən köməklik istəyim. Buna görə, sizdən xahiş edirəm ki, mənim problemimin ictimailəşməsi və həll olunması üçün bu məktubumu işıqlandırasınız."
© Musavat.com
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
18 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
18 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
19 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
19 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
20 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 20 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®

























