Maliyyə Nazirliyi 138 milyon manatdan çox borc aldı
22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104001976 ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Marja.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9544 (9.9999%) manat və 96.0822 (4.1%) manat olan 27 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.3533 (4.8999%) manat, orta ölçülmüş qiyməti isə 95.9490 (4.2452%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 436 milyon 32 min 500 manat, yerləşdirilmiş həcmi isə 93 milyon 453 min 200 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 21.11.2023-cü ildir.
Hərrac iştirakçıları 23 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
XXX
Həmçinin, 22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105032947 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 88.6082 (11%) manat və 98.1302 (5.5%) manat olan 23 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.2121 (6%) manat, orta ölçülmüş qiyməti isə 97.2974 (5.9533%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 138 milyon 54 min manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 23 noyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 19 noyabr 2024-cü ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
-
34 d. əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
2 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
2 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
ABB partnyorları ilə görüş ®
Ən çox oxunanlar
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®





























