Ziraat Bank Azərbaycan hər zaman qazi və şəhid ailələrinin yanında!
(®) Sosial yönümlü layihələrin həyata keçirilməsində aktiv iştirak edən “Ziraat Bank Azərbaycan” ASC, Özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaları məqsədilə dəstək olmağa davam edir.
Bu dəfə Bank proqram çərçivəsində İkinci Qarabağ müharibəsinin qazisini mebel kəsimi aparatı ilə, şəhid ailəsinin üzvünü isə un məmulatları istehsalı üçün lazımi avadanlıqlarla təmin etmiş və beləliklə də onlara fərdi təsərrüfatlarının təməlini qurmaları üçün imkan yaratmışdır.
Qeyd edilən Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandumun icrası çərçivəsində həyata keçirilir. Bank, proqramın 2022-ci ilə aid mərhələsini bitirərək daha əvvəl qeyd etdiyi kimi bu mərhələdə şəhid ailələri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək verilməsini prioritet istiqamət olaraq seçilməsini təsdiqləmişdir.
Bank tərəfindən bu günədək Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında fərqli növ avadanlıqlarla təmin edərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















