Qəbələdə su anbarının tikintisi 54 milyon manata başa gələcək
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti "Qəbələ rayonunu kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə "Yengicə" su anbarının tikintisi" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "Suryapı AZ" MMC və "Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi" birgə müəssisəsidir.
İmzalanmış müqavilənin məbləği 53 milyon 997 min 131 min manatdır.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yaydığı məlumatda da bildirilir ki, Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına Əlavə 2-də Yengicə su anbarının tikintisi də nəzərdə tutulub.
Yengicə su anbarının tikinti işləri ilə bağlı “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender keçirilib və tenderin nəticəsi olaraq qalib şirkət “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi ve Ticarət Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə müəssisəsi müəyyən olunub.
Yengicə su anbarının tikintisi işləri 2022-2024-cü illərdə həyata keçiriləcək. Anbarın tikintisinə başlanılması üçün Səhmdar Cəmiyyət ilə “SURYAPI AZ” MMC və “SurYapı Endüstri Sanayi və Ticaret Anonim” şirkətinin ölkəmizdəki nümayəndəliyi arasında podrat müqaviləsi bağlanılıb.
Yeni anbarın ümumi su tutumu 17,5 milyon kubmetr, istifadə olunan həcmi isə 12,4 milyon kubmetr nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin, o cümlədən 3388 hektar sahənin su təminatı yaxşılaşacaq, 6612 hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 d. əvvəl
-
1 saat əvvəl
Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib
-
1 saat əvvəl
Bank Respublika sahibkarlara “FAİZSİZ 100 GÜN” kampaniyasına start verib ®
-
1 saat əvvəl
Azərbaycan alüminiumdan 194 milyon dollara yaxın gəlir əldə edib - GƏLİR 43% ARTIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yarım milyon manata yaxın ziyan işi – “Moon Kids” direktoruna 5 il 6 ay şərti cəza
- 3 saat əvvəl
-
3 saat əvvəl
Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə
AccessBank QSC Cyberark PAM tenderi elan edir
Ən çox oxunanlar
Pambıq lifi ixracı 149 milyon dollara yaxınlaşıb
Sentyabrın 17-də gözlənilən hava şəraiti
“İrşad” yeni dərs ilinə özəl qiymətləri endirir – Bəzi məhsullarda endirim 70%-ə çatır ®
Çin şirkətinin Azərbaycandakı ilk enerji layihəsi istifadəyə verildi
Alma ixracı azalıb, gəlir isə yüksəlib




























