"Deyirlər ki, camaat işləmək istəmir, yalandır. Yaxşı maaş olsa, hamı işləmək istəyər" - Deputat
"Çoxlu insanımız naşı səhiyyə sistemi ucbatından dünyasını dəyişir"“Burada rəqəmləri qabardırlar. Biz pensiya yaşının azaldılmasını, uşaq pulu verilməsini insanların sosial durumunun yaxşılaşdırılması üçün deyirik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, növbəti illərdə uşaqlara qulluq üçün verilən vəsaitə yenidən baxılmasının vacibliyi Hesablama Palatasının rəyində də qeyd edilib:
“Eyni zamanda dəfn xərclərinin də artırılması təklif edilir. Heç olmasa insana doğulanda və öləndə dəyər verək. Çoxlu insanımız naşı səhiyyə sistemi ucbatından dünyasını dəyişir. Sağlamlıq problemlərindən ölənlərin sayı kifayət qədərdir. Azərbaycanda keyfiyyətli səhiyyə yoxdur. Pulu olmayan Türkiyəyə, xaricə müalicəyə gedə bilmir, vəfat edir. Məşğulluqla bağlı məsələyə də ciddi diqqət yetirməliyik. Məşğulluq xidmətlərində qeyri-müəyyən, yalandan iş təklifləri edirlər. Bu mexanizm canlandırılmalıdır. Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Özəl sektor canlandırılmalıdır. Deyirlər ki, camaat işləmək istəmir. Yalandır. Normal iş yeri olsa, hamı gedib işləyər. Yaxşı maaş olsa, hamı işləmək istəyir”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















