“Sonatrach” şirkətinin SOCAR ilə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Əlcəzairdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Sonatrach” şirkətinin baş direktoru Taufik Hakkar arasında görüş olub.
Görüşdə “Sonatrach” şirkətinin fəaliyyətinə dair geniş məlumat verilib və şirkətin SOCAR ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Əlcəzairdə kəşfiyyat, tədqiqat sahələrində mühəndislik xidmətləri, Azərbaycanın təcrübəsindən bəhrələnməklə neftqazçıxarma obyektlərinin tikintisi və yerli istehsalat üzrə “Sonatrach” şirkəti ilə əməkdaşlıq, həmçinin hər iki ölkənin müvafiq şirkətlərinin birgə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin “SOCAR Trading” və “Sonatrach” arasında enerji məhsulları üzrə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.
Energetika naziri Pərviz Şahbazov gələcək əməkdaşlığın müəyyənləşdirilən yol xəritəsi üzrə hər iki tərəfin tezliklə fəaliyyətə başlamasının vacibliyini diqqətə çatdırıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Sonatrach” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi, həmçinin Əlcəzair Neft İnstitutunda olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















