Pay torpaqlarının sənədləşdirilməsi ilə bağlı bir sıra çətinliklər var - DÖVLƏT XİDMƏTİ
25 mindən artıq pay torpağı dövlət vəsaiti hesabına sənədləşdirilib"Pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilə bağlı ümumilikdə müsbət dinamika müşahidə edilsə də, bəzi ərazilərdə bu istiqamətdə aparılan işlər zamanı bir sıra çətinliklərə rast gəlinir. Belə ki, torpaq islahatı zamanı pay torpağı alan vətəndaşların ailə tərkibinin və şəxsi məlumatların düzgün yazılmaması, vətəndaşlardan bəzilərinin uzun illər torpaq payından istifadə etməməsi, verilən torpaqlardan əlavə sahənin qanunsuz istifadəsi mülkiyyət hüquqlarının qeydiyyatını ləngidir".
Marja xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir.
Yuxarıda qeyd olunan məsələlər araşdırılır və qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tədbirlər görülür.
Məlumatda qeyd edilib ki, Xidmət tərəfindən ötən ilin dekabr ayından hazırki dövrədək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 34 minə yaxın şəxsin ərizəsi qəbul olunub. 25 mindən artıq torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.
Qeyd edilib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi vətəndaşların əmlak hüquqlarından və xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















