Unibanka yeni sədr təyin edildi
Fərid Abuşov 1 yanvar 2023-cü il tarixdən etibarən Unibankın İdarə Heyətinin sədri təyin edilib. Bankın hazırkı İdarə Heyətinin sədri Faiq Hüseynov isə Müşahidə Şurası sədrinin müavini təyin olunub.1 yanvar 2023-cü il tarixdən etibarən Unibankın İdarə Heyətinin sədri Faiq Hüseynov Müşahidə Şurası sədrinin müavini təyin olunub.
Marja.az xəbər verir ki, bu barədə Bankın səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında qərar qəbul edilib.
Hazırda İdarə Heyəti sədrinin 1-ci müavini, İcraçı direktor vəzifəsində olan Fərid Abuşov İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvü Heybət Qədirov isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
Ümumi yığıncağın qərarı ilə Risklər üzrə Baş Direktor Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı təyin olunub.
Səhmdarların qərarına əsasən, Müşahidə Şurasının üzvü Kristof Gabriel Maetze missiyası bitdiyi üçün MŞ üzvü kimi fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Müşahidə Şurası sədrinin müavini təyin edilən Faiq Hüseynov Unibank yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. Onun banka rəhbərlik etdiyi 20 il ərzində Unibank böyük nailiyyətlərə imza atıb. 1994-cü ildən başlayaraq bank sektorunda rəhbər vəzifələrdə çalışan Faiq Hüseynovun rəhbərliyi dövründə Unibank nüfuzlu beynəlxalq qurumlar tərəfindən 6 dəfə Azərbaycanda ilin ən yaxşı bankı nominasiyalarının qalibi olub. Bu dövrlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilk dəfə “Unibank”ın nümunəsində bir Azərbaycan bankının səhmdarları sırasına daxil olub. Bu illər ərzində Unibank Azərbaycanın ən aktiv kredit təşkilatı kimi real sektorun inkişafına, iqtisadiyyatın maliyyələşdirilməsinə böyük dəstək göstərib. Bank rəhbərliyinin peşəkar idarəçiliyi və kollektivin əzmkarlığı sayəsində bu illər ərzində əsas maliyyə göstəricilərinə görə, Unibank hər zaman ilk sıralarda olub. Hazırda bankın aktivlərinin həcmi 1,3 milyard manatı ötüb. Məcmu kapitalın həcmi isə 122 milyon manatdan çoxdur. Ölkənin ən innovativ banklarından birinə çevrilən Unibank, ölkə bank bazarı üçün ilk olan “mobile-only” (filialsız bank) prinsipi ilə işləyən Leo rəqəmsal bankçılıq xidmətini də təqdim edib.

Unibank KB-nin İdarə Heyətinin yeni sədri Fərid Abuşov 15 ildən artıqdır ki, bank sektorunda çalışır. Bank rəhbərliyində uzunmüddətli təcrübəyə malik olan Fərid Abuşov, 2019-cu ilin iyun ayından Unibank komandasının üzvüdür. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.
HƏMÇİNİN OXU: “Unibank” səhmdarlarının ümumi yığıncağı qərarını açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















