Məftun Abbasov Şuşa Qoruğundakı rəhbər vəzifəsini itirib, İcraçı direktor vəzifəsi Tural Novruzova həvalə olunub
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin (İH) sədri vəzifəsi ləğv edildiyindən qurumun İH rəhbəri Məftun Abbasov vəzifəsini itirib. Qurumda yeni yaradılan İcraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq Tural Novruzova tapşırılıb.
Bu ilin oktyabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindəki stuktur dəyişikliyindən sonra İdarənin İdarə Heyətinin sədri vəzifəsi ləğv edilib və əvəzində İdarənin İcraçı direktoru vəzifəsi yaradılıb.
Hazırda İdarənin İcraçı direktoru vəzifəsinə müvəqqəti rəhbərlik İcraçı direktorun müavini Tural Novruzova həvalə olunub. İdarə Heyətinin sədri vəzifəsi isə ləğv edildiyindən avtomatik olaraq Məftun Qurban oğlu Abbasov da vəzifəsini itirib.
Belə ki, bu ilin oktyabrın ayında dövlət başçısının imzaladığı fərmanla İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.
Məlumat üçün bildirək ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovdur.
Qeyd edək ki, M.Abbasov ötən ilin iyulun 16-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdi.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















