Çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib
Ötən il yataqların istismarı ilə bağlı 131 iş hüquq-mühafizə orqanlarına göndərilib"2022-ci ildə ölkə ərazisində 180-ə yaxın yataq sahəsinə baxış keçirilib".
Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ümumilikdə Agentliyin fəaliyyəti dövründə 800-ə yaxın yataq sahəsində monitorinq işləri aparılıb.
"Ötən il ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılması, həmçinin hüquqi qiymətin verilməsi məqsədilə 131 iş hüquq-mühafizə orqanlarına göndərilib", - deyə sədr müavini bildirib.
XXX
“Ölkə ərazisində 134 qum-çınqıl yatağı mövcuddur. Bunlar əsasən, şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir”.
Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Agentliyin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran rayonları ərazisindən keçən çay yataqlarında 97 müəssisənin fəaliyyəti ləğv edilib. Bunlardan 49-u Quba, 21-i İmişli, 9-u Tərtər rayonu ərazisindəki müəssisələrdir:
“Ümumilikdə respublika üzdə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46-na Agentlik tərəfindən 2021-2022-ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrədir”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















