"Günay Sığorta"nın rəhbərliyinə yeni təyinat olub
"Günay Sığorta" şirkətinin İdarə Heyətinə (İH) yeni təyinat olub.
Bu barədə sığorta şirkətindən bildirilib.
Məlumata görə, sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev sığorta şirkətinin idarə heyətinə üzv seçilib. Pərviz Rzayev həmçinin, ötən ilin avqust ayından sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. Ötən ilin dekabr ayında isə "Günay Bank"ın icraçı direktoru Hikmət Salmanov səhmdarların qərarı ilə sığorta şirkətinin idarə heyətinin sədri seçilib. Yeni təyinatla "Günay Sığorta"nın idarə heyətinin tərkibi 2 nəfərdən ibarət olub.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat sonra
-
3 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















