“Atəşgah” və “Atəşgah Həyat” şirkətlərində yeni təyinatlar
“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində yeni Baş direktor vəzifələri təsis edilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, "Atəşgah" Sığorta Şirkətinin baş direktor vəzifələrinə Mustafayeva Ayla Elman qızı, İsgəndərova Könül Elman qızı, Əliyev Elvin Mirİsmayıl oğlu, “Atəşgah Həyat” Sığorta Şirkətinin baş direktor vəzifəsinə isə Həsənova Şəfəq Oqtay qızı təyin ediliblər.
Qeyd edilib ki, peşəkar fəaliyyətinə 2003-cü ildən başlayan Mustafayeva Ayla "Atəşgah" Sığorta Şirkətinin Tibbi və həyat sığortası şöbəsində mütəxəssis və şöbə müdiri, Sığorta idarəsinin şəxsi sığorta növləri şöbəsinin və Korporativ satış idarəsinin rəisi vəzifələrini layiqincə icra etmişdir.
İsgəndərova Könül 2010-cu ildən etibarən "Atəşgah" Sığorta Şirkətinin İşlərin idarəedilməsi şöbəsinin mütəxəssisi, Kargüzarlıq şöbəsinin aparıcı mütəxəssisi və baş mütəxəssisi, İdarə Heyəti sədrinin müşavirinin köməkçisi, İdarə Heyəti sədrinin müşaviri vəzifələrini layiqincə icra etmişdir.
Əliyev Elvin 2009-cu ildən "Atəşgah" Sığorta Şirkətinin Əməliyyat şöbəsinin mütəxəssisi, Müqavilələrin aparılması şöbəsinin rəisi, Zərərlərin tənzimlənməsi idarəsinin rəisi, Müştəri xidmətləri idarəsinin rəisi, İdarə heyəti sədrinin müşaviri vəzifələrini icra etmişdir.
“Atəşgah Həyat” Sığorta Şirkətinə Baş direktor təyin olunan Həsənova Şəfəq isə 2005-2009-cu illərdə “Atəşgah” Sığorta Şirkətində Tibbi və həyat sığortası şöbəsinin mütəxəssisi, Sığorta idarəsinin şəxsi sığorta növləri şöbəsinin mütəxəssisi və aparıcı mütəxəssisi kimi çalışmış, 2009-cu ildən isə “Atəşgah Həyat” Sığorta Şirkətində Sığorta şöbəsinin aparıcı mütəxəssisi, baş mütəxəssisi, Həyatın qarışıq sığortası şöbəsinin rəisi, Həyat sığortası idarəsinin rəisi vəzifələrini icra etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















