Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Füzuli Mərkəzi Parkının layihəsi ətrafında müzakirələr aparmaq məqsədilə silsilə görüşlər davam edir.
Mövzu ilə bağlı növbəti belə görüş Füzuli icmasının nümayəndələri ilə həyata keçirilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, 84 saylı Füzuli seçki dairəsi üzrə deputat Vüqar Bayramov, parkın layihəçisi “By Medgalchi” şirkətinin direktoru Hüseyn Medqalçı, Füzuli icmasının nümayəndələri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli, Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının müdiri Bəylər Hacıyev, İkinci Qarabağ müharibəsi şəhidi Fəqan Zalovun atası Amil Zalov, Hərbi təqaüdçü Zahir Həsənov, “Tələt” firmasının direktoru Rafiq Rüstəmov, iş adamı Bəkir Babayev, təqaüdçü Ərşad Hüseynov, eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Eldar Seyidov və Fidan Axundova, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Xidmətin sədr müavini Səbuhi Abdullayev və digərləri iştirak ediblər.
Görüş iştirakçıları Füzuli Mərkəzi Parkının şəhərin həyatındakı rolu və əhəmiyyəti, parkda sosial-mədəni tədbirlərin keçirilməsi üçün müvafiq şərait, park ərazisində fəaliyyət növlərinə uyğun funksional zonaların yaradılması və digər mövzular ətrafında müzakirələr aparıblar.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Füzuli Mərkəzi Parkının konsept-layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
“By Medgalchi” MMC-nin direktoru, layihə rəhbəri Hüseyn Medqalçı Füzuli Mərkəzi Parkının layihəsi haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Füzuli Mərkəzi Parkının pre-konsept layihəsi ilə tanış olan görüş iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Onlar parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübənin nəzərə alınmasını, xüsusən də Füzulidən olan insanların fikir və təkliflərinin öyrənilməsini müsbət qiymətləndiriblər.
İki saata yaxın davam edən müzakirənin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev səsləndirdikləri fikir və təkliflərə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının layihələndirilməsi ilə əlaqədar aidiyyəti maraqlı tərəflərlə (steykholderlərlə) analoji görüşlər davam etdiriləcək.
Xatırladaq ki, layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 saat sonra
-
26 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
-
1 saat əvvəl
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Ən çox oxunanlar
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım
























