Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olundu
Fəlsəfə doktoru Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun 06 fevral 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Abbas İsmayılov kollektivə təqdim olunub.
Dövlət Vergi Xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Bu baxımdan, vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarəti mexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadə edilir. Həyata keçirilən vergi siyasəti “kölgə iqtisadiyyatı”nın miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradır.
Diqqətə çatdırılıb ki, dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu baxımdan metodiki köməkliyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərinin tənzimlənməsində, fiskal siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir. Fəaliyyətin bu cür qurulmasının vergi orqanlarının qarşısında duran vəzifələrin daha çevik, şəffaf və sistemli şəkildə icrasına müsbət təsir göstərəcəyi, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrasına uyğun hədəflərə nail olunacağı vurğulanıb.
Abbas İsmayılov yüksək etimada görə minnətdarlığını ifadə edib, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.
İsmayılov Abbas Cəlil oğlu barədə məlumat
Abbas İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 17 d. əvvəl
- 23 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
1 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
1 saat əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
-
2 saat əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















