“Standard and Poor's” Azərbaycanın 3 bankının kredit reytinqini təsdiqləyib
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – “Kapital Bank”, “PAŞA Bank” və “Muğanbank”ın kredit reytinqini təsdiqləyib.
Bu barədə “S&P Global Ratings”in yaydığı məlumatda bildirilib.
"S&P" “Kapital Bank”ın uzunmüddətli kredit reytinqini "BB-", “PAŞA Bank”ın "B+", “Muğanbank"ın isə "B-" səviyyəsində təsdiqləyib. "Standard and Poor's" hər üç bankın baza səviyyədə reytinqini "b+" olaraq qiymətləndirib. Sözügedən bankların reytinqləri üzrə proqnozu isə sabit saxlanılıb.
Qeyd edək ki, "S&P" Mərkəzi Asiya və Qafqaz banklarının median reytinqi isə “B+” səviyyəsində qiymətləndirdiyini açıqlayıb. "Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir"- "Standard and Poor's" əlavə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 6 saat əvvəl
-
8 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
8 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Ən çox oxunanlar
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək





















