Birjalarda son vəziyyət - PROQNOZLAR
ABŞ-da açıqlanan makroiqtisadi məlumatların dəstəyi ilə FED-in sərt monetar siyasəti gözlənildiyindən daha uzun müddət davam etdirə biləcəyinə dair artan narahatlıqlar fonunda dollar indeksi həftəni artımla tamamladı. Belə ki, dollar indeksi 104.90 bənd hədlərinə kimi yüksəldi.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0540 və 1.1940 hədlərinə kimi ucuzlaşdı.
Qeyd edək ki, FED-in faiz artımlarını gözləniləndən daha uzun müddət davam etdirə biləcəyi ilə bağlı narahatlıqlar dolların digər major valyutalar qarşısında da bahalaşmasına dəstək oldu.
Cümə günü ABŞ-da açıqlanan statistik məlumatlara görə, ölkədə fərdi istehlak xərcləri yanvar ayında 1.8% artaraq bazar gözləntilərini üstələyib.
FED-in inflyasiya göstəricisi kimi qiymətləndirdiyi ərzaq və enerji məhsulları istisna olmaqla baza şəxsi istehlak xərcləri qiymət indeksi eyni dövrdə aylıq müqayisədə 0.6%, illik müqayisədə isə 4.7% artaraq proqnozları üstələyib.
Ötən həftə FED rəsmilərinin açıqlamalarını izlənərkən, Klivlend FED sədri Loretta Mester şəxsi istehlak xərclərinə dair gözləntilərin üzərində gələn rəqəmlərin inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün daha çox səy tələb olunacağını göstərdiyini bildirib.
Boston FED-in sədri Susan Collins də inflyasiyanın nəzarət altına alınması üçün daha çox faiz artımına ehtiyac olduğunu qeyd edib. İnflyasiyanın yüksək olaraq qaldığına diqqət çəkən Collins, son məlumatların inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün “görüləcək daha çox iş var” fikrini bir daha vurğulayıb.
EUR
Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya və əmək bazarına dair göstəricilər, həmçinin cümə axşamı dərc olunacaq Avropa Mərkəzi Bankının son toplantısının protokolları EUR/USD məzənnəsində trendin formalaşmasında həll edici roll oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftəni 1.1940 hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, eləcə də çərşənbə günü İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ciddi təsir edə bilər.
TRY
Ötən həftə 18.89TL hədlərinə kimi tüksələn USD/TRY məzənnəsində tendensiyanın necə davam edəcəyində bu həftə Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri mühim roll oynaya bilər.
GOLD
ABŞ-da fərdi istehlak xərclərinin proqnozların üzərində açıqlanması fonunda qızıl 1810$-a kimi ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a və 1780$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
18 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
20 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























