“Blue Residence” kompleksində yeni “McDonald’s” restoranı və “McCafe” açılıb - FOTO
(®)“McDonald’s” ictimai qida şəbəkəsinin növbəti restoranı qapılarını Bakı sakinlərinin və paytaxt qonaqlarının üzünə açıb.
Yeni restoran 8 noyabr pospekti, 4, “Blue Residence” yaşayış kompleksində yerləşir.
Ən müasir mühəndis həllərinin tətbiqi ilə orijinal “Luna” dizaynında layihələndirilmiş, qida sənayesinin ən müasir tələblərinə cavab verən avadanlıqlarla təchiz edilmiş restoranın biri küçədən, ikisi yaşayış kompleksindən olmaqla 3 girişi var.
Qonaqlar sifarişləri həm kassalar, həm də interaktiv özünəxidmət köşkləri vasitəsilə edə bilər ki, bu da prosesi sürətləndirir və rahatlaşdırır.
Restoranın tərkibində fəaliyyət göstərən “McCafe” kafesində qəhvə içkilərinin və desertlərin geniş seçimindən yararlana bilərsiniz.
Yeni filial maşını tərk etmədən sifariş vermək, ödəniş etmək və sifarişi qəbul etmək kimi rahat imkanlar yaradan “MakAvto”, həmçinin sevimli yeməkləri “Wolt” çatdırılma operatoru vasitəsilə qəbul etmək üçün rahat üsul olan “McDelivery” xidməti təklif edir.
Bu restoranın açılması ilə 100 yeni iş yeri yaradılıb. Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, hazırda ölkədə 22 restoranı fəaliyyət göstərən “McDonald’s” şirkəti 2000-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 33 d. əvvəl
-
45 d. əvvəl
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
- 2 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
Qızılın qiyməti bir ilin minimum səviyyəsindən cüzi yüksəlib – Qızıl bazarında 18 ilin ən pis oktyabr ayı
Noyabrın 2-də gözlənilən hava şəraiti
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Tarixi razılaşma imzalandı: Çin və İsveçrə gömrük rüsumlarını ləğv edir – Məhsulların 99,8%-nə güzəşt





















